Şriftin ölçüsü :

Saytın rəngi :

01 iyun 2023 cü il tarixdə Beyləqan Gənclər Evi SXM-də "2023-cü il- Heydər Əliyev ili" çərçivəsində "Uşaqlar bizim gələcəyimizdir" adlı fizika, riyaziyyat və informatika fənləri üzrə qalib gəlmiş komandalar arasında final mərhələsi və 01 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” həsr olunmuş tədbir keçirildi.

01 iyun 2023 | 15:35
Təbdirdə 7-9 cu sinif şagirdləri və Məktəbəqədər tərbiyə müəsissəsinin uşaqları iştirak etdilər.
Yarışın nəticələrinə əsasən:
🥇M. Fərzəliyev adına Kəbirli kənd 1 nömrəli tam orta məktəbin Qəhrəman Kəbirli komandası – 1 ci yer;
🥈R.Həsənov adına I Aşıqlı kənd tam orta məktəbin Leon komandası -2 ci yer;
🥉Ə. Rzayev adına Dünyamalılar kənd 2 nömrəli tam orta məktəbin -"ƏL-XARƏZMİ" komandası isə 3 cü yerin qalibi elan olundu.
 
Qalib komandalar Beyləqan Rayon Təhsil Sektoru və ATİAHİ Beyləqan Komitəsi tərəfindən diplom və kubokla ,məktəbəqədər tərbiyə müəsissəsinin uşaqları isə hədiyyələrlə təltif edildilər.
Keçidlər