Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində Polis günü münasibəti ilə geniş tədbir keçirilmişdir.

03 iyul 2012 | 15:00

02 İyul 2012 ci il tarixdə Heydər Əliyev Mərkəzində Polis günü münasibəti ilə geniş tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı cənab V.Abdullayev, rayon Polis şöbəsinin əməkdaşları,idarə və təşkilat rəhbərləri, rayon ictimayyətinin nümayəndələri iştirak etmişlər.Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin heykəlini ziyarət edərək, onun önünə tər gül dəstələri qoydular. Tədbiri giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı cənab V.Abdullayev açaraq polis şöbəsinin şəxsi heyətini peşə bayramları münasibəti ilə təbrik etmiş, onlara şərəfli işlərində böyük uğurlar arzulamışdır.Daha sonra Icra başçısı bildirmişdir ki, bu gün ölkədə əmin-amanlığın qorunmasında, vətəndaşların təhlükəsizliyinin təmin edilməsində daxili işlər orqanlarında çalışanların əməyi tədqirəlayiqdir. Məhz bunun nəticəsidir ki, daxili işlər orqanlarında çalışanlara yüksək dövlət qayğısı göstərilir. Bayram münasibəti ilə Polis şöbənin bir qrup əməkdaşı rayon İcra hakimiyyəti tərəfindən mükafatlandırıldı.

Keçidlər