Şriftin ölçüsü :

Saytın rəngi :

“20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir.

25 yanvar 2023 | 21:44
Beyləqan rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “20 Yanvar həqiqətlərinin dünya içtimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, Mədəniyyət və Təhsil müəssisələrinin rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
 
Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən ziyalılar Ulu Öndərin hakimiyyətə gəlişi, xalqımızı yaranmış təhlükələrdən qoruması, Azərbaycan həqiqətlərini dünyaya çatdırması barədə danışılıb. 20 Yanvar hadisələrinə ilk siyasi, hüquqi qiymətin məhz Ümummilli Lider tərəfindən verildiyi bir daha diqqətə çatdırılıb.
Keçidlər