Şriftin ölçüsü :

Saytın rəngi :

21.06.2022-ci il tarixdə rayonun Mil qəsəbəsində səyyar qəbul-görüş keçirildi.

21 iyun 2022 | 17:10
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin 21 iyun 2022-ci il tarixdə rayonun Mil qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
Görüşdə Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Tədbirdən əvvəl Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri Mil qəsəbəsində şəhidlərimizin xatirəsinə inşa edilmiş abidəni ziyarət etmiş, önünə gül dəstələri düzərək ehtiramlarını bildirmişlər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən Mil qəsəbəsində olan hərbçilərin mərdlik və qorxmazlığından danışdı. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə qəsəbə sakini Qasımov Nofəl Rasim oğlu Fərdi yaşayış evinə gələn yola qum-çınqıl materialı tökülərək təmir edilməsi barədə, İbrahimov Rəfail Teymur oğlu Mil qəsəbəsinin mərkəzindən keçən magistral yola təhlükəsizlik kamerası və sürət ölçən avadanlığın quraşdırılması barədə, İmanov Rasim Abduləli oğlu Mil qəsəbəsində elektrik enerjisinin fasiləsiz verilməsi üçün SİB kabellərin çəkilməsi barədə, Abdullayev Zamin Umudvar oğlu oğlu fərdi yaşayış evində elektrik sayğacının yerinin dəyişdirilməsi barədə, Əliyev Balay Usub oğlu elektrik dirəyinin qəzalı vəziyyətdə olmasını nəzərə alaraq həmin dirəyin dəyişdirilməsi barədə köməklik olunmasını xahiş etdi.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir. Mil qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər