Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ilə əlaqədar Beyləqan rayon təşkilatının yubiley tədbiri keçirildi

01 noyabr 2012 | 16:00

07 noyabr 2012-ci il tarixdə Beyləqan rayon Mədəniyyət və Turizim Şöbəsinin mədəniyyət sarayında Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ilə əlaqədar Beyləqan rayon təşkilatının yubiley tədbiri keçirildi.
Tədbir başlamazdan öncə Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü cənab Yusif Hümbətov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Ramil Mirzəyev, YAP Beyləqan rayon təşkilatının sədri Rəfael Pəsiyev, qonaqlar ümummilli lider Heydər Əliyev mərkəzində xalqımızın ümmumilli lideri Heydər Əliyevin möhtəşəm abidəsi önünə təzə-tər gül-çiçək dəstələri qoydular.
Sonra tədbir yuxarıda adı çəkilən məkanda davam etdirildi. Tədbiri giriş sözü ilə açan Beyləqan rayon İcra hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev çıxışa başlamazdan əvvəl YAP-nın yaradıcısı ümummilli lider Heydər Əliyevin xətirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi.
Cənab V.İ.Abdullayev qonaqları təqdim etdikdən sonra YAP-nın yaranmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs etdi.
Bildirdi ki, YAP-sı yarandığı gündən Respublikamızın ictimai-siyasi həyatında mühüm rol oyayıb, müstəqilliyimizin möhkəmləndirilməsi, əbədi və daimi olması üçün böyük işlər görüb. V.İ.Abdullayev qeyd etdi ki, bu gün də ümummilli lider Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev YAP-na rəhbərlik edir. Çıxışında cənab V.İ.Abdullayev oktyabr ayının 28-də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Beyləqana tarixi səfərindən bəhs etdi və Beyləqanda geniş vüsət alan quruculuq abadlıq işlərindən söz açdı. Çıxışının sonunda cənab Vaqif Abdullayev YAP-nın 20 illik yubileyi münasibəti ilə təbrik etdi və xoş arzularını çatdırdı.
YAP Beyləqan rayon təşkilatının sədri R.Pəsiyevv məruzə ilə çıxış etdi.
Məruzə ətrafında çıxış edənlərdən 3 saylı ilk partiya təşkilatının sədri Xuraan Rüstəmova, YAP-ın üzvü Hədis Allahverdiyev, YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Gülbəniz Qasımova, Araz ilk partiya təşkilatının üzvü Zaur Qədirov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi ilə əlaqədar tədbir iştirakçılarını təbrik edərək partiyanın yaranmasında ulu öndər Heydər Əliyevin böyük rolundan bəhs etdilər.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü cənab Yusif Hümbətov çıxışında Beyləqanda geniş vüsət alan abadlıq işlərindən söz açdı. Beyləqanlıların dövlətə, dövlətçiliyimizə , Prezidentimizə sadiq olmasını diqqətə çatdırdı. Y.Hümbətov çıxışında beyləqanlıların növbəti prezident seçkilərində də möhtərəm prezidentimizi bir daha dəstəkləyəcəklərinə əmin olduğunu bildirdi.
Sonra Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmuş bir qrup gənclərə partiya biletləri təqdim olundu.
Həmçinin tədbirdə rayon təşkilatının 02 noyabr 2012-ci il tarixli Şura iclasının qərarı ilə bir qrup partiya fəallarına Fəxri Fərman və qiymətli hədiyyələr verildi.
Tədbirin sonunda rayon təşkilatının yubiley tədbiri iştirakçıları adından YAP-nın sədri , möhtərəm Prezidentimiz cənab İlham Əliyevə müraciət qəbul edildi.
Müraciəti oxumaq üçün YAP-nın üzvü Yeganə Məmmədovaya söz verildi.
 

Keçidlər