Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin vəfatından 9 il ötür.

13 dekabr 2012 | 16:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 9 il ötür. Bu gün rayonun idarə, müəssisə, qeyri-hökumət təşkilatarı və ictimaiyyət nümayəndələri Heydər Əliyevin vəfatının 9-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirdilər. Tədbir iştirakçıları öncə ulu öndərin adını daşıyan parkda onun abidəsini ziyarət edərək abidə önünə tər gül-çiçək dəstələri qoydular. Sonra Heydər Əliyev muzeyinin iclas zalında rayon İcra Hakimiyyətinin başçısı cənab V. Abdullayev ulu öndərin şərəfli ömür yolundan, Azərbaycan xalqının qurtuluşu, dövlətçiliyimizin xilası, inkişafı uğrunda göstərdiyi misilsiz xidmətlərdən danışdı. Tədbir iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmlərə baxdılar. Ziyarətdə üç mindən çox, yığıncaqda isə 85 nəfər iştirak etmişdir

Keçidlər