Şriftin ölçüsü :

Saytın rəngi :

10 May Gül bayramı Beyləqan rayonunda da qeyd olunub

10 may 2013 | 15:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibəti ilə əlaqədar şəhərdəki Heydər Əliyev mərkəzində lazımi hazırlıq işləri aparılmış, park başdan-başa bəzədilmişdir. Müxtəlif gül-çiçəklərdən hazırlanmış gül kompozisiyaları görünüşü və gözəlliyi ilə seçilmiş və rayon sakinlərinin diqqətini cəlb etmişdir.
 

Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev və qonaqlar rayonun idarə və təşkilatlarının, ictimai birliklərin, təhsil müəssisələrinin, ictimaiyyət nümayəndələrinin toplaşdığı Heydər Əliyev parkını gəzmiş, maraqlı gül ekspozisiyaları ilə tanış olmuşlar. Tədbirdə ümumilikdə 8 min nəfər iştirak etmişdir.

Keçidlər