Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda şəhid ailələri mütəmadi ziyarət olunur.

19 iyul 2021 | 16:00

19 iyul 2021-ci il tarixdə Beyləqan rayon İcra hakimiyyəti başçısı aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid ailələri ilə İşin Təşkili Şöbəsi müdiri Heybət Əliyev ərazi icra nümayəndəsi, bələdiyyə və ictimai nəzarətin Beyləqan şöbəsi üzrə sədri Asif Quliyev və əməkdaşları ilə birlikdə Qaralılar kəndindən olan şəhidimiz Vəzirov Cəlal Bədirxan oğlunun ailəsini ziyarət edib. Əvvəlcə şəhidin məzarı ziyarət olunub və daha sonra şəhid ailəsinə evində bayram sovqatları verilib. Görüş zamanı şəhidimizin keçdiyi qəhrəmanlıq yolundan söz açılmış, belə vətənpərvər övlad böyütdükləri üçün onlara təşəkkür edilmişdir.
Heybət Əliyev şəhidimizin ailəsinə bildirmişdir ki, dövlətin diqqət və qayğısı hər zaman şəhid ailələri və qazilərimizin üzərindədir və belə də davam edəcək.
Allah şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa versin!

Keçidlər