Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Ordusunun giziri doğulduğu Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsində dəfn olundu.

24 iyul 2021 | 16:00

Azərbaycan Ordusunun Kəlbəcərdə şəhid olan giziri dəfn edilib
Ötən gün Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu sahəsindəki mövqelərimizi atəşə tutması nəticəsində şəhid olan hərbi qulluqçumuz, gizir Yaqublu Fərman Telman oğlu Beyləqan rayonunda dəfn olunub.
Dəfn mərasimində mərhumun ailə üzvləri, Beyləqan rayon İcra hakimiyyətinin başçısı və kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və  ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Dəfndən öncə şəhidin ruhuna hörmət olaraq fəxri qarovul düzülüb və yaylım atəşi açılıb.
Şəhid Beyləqan rayonu Qəhrəmanlı qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!

 

 

 

Keçidlər