Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində Qələbəyə həsr olunmuş tədbir keçirildi.

02 avqust 2021 | 16:00

Beyləqan rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin birgə təşkilatçılığı ilə şəhid ailələri, müharibə əlilləri və veteranları ilə birgə tədbir keçirilib.

Tədbirdə Başçısı Asif Ağayev və Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı”Cəmiyyətinin sədri Müşfiq Əliyev də iştirak edib.Əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi və Şəhidlərə həsr olunmuş momerial kompleks ziyarət olunub.Tədbir Mədəniyyət sarayında davam edib.


Əvvəlcə şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirildikdən sonra rayon İcra hakimiyyəti başçısının müavini Yeganə Məmmədova  çıxış edərək bildirdi ki, 44 gün davam edən Vətən müharibəsi Prezident İlham Əliyevin yenilməz iradəsini, Ali Baş Komandan kimi rəhbərlik etdiyi ordunun qüdrətini və döyüş bacarığını bütün dünyaya nümayiş etdirdi.


Vurğulanıb ki, Vətən müharibəsi ilk gündən beyləqanlıların da işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə əzminin, vətənpərvərliyinin təsdiqi oldu. Beyləqan ən çox şəhid verən və ən çox qazisi olan rayonlar sırasındadır.
Bildirilib ki, şəhid ailələri və döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkənin hər yerində olduğu kimi, Beyləqan rayonunda da diqqət mərkəzində saxlanılır.


Hazırki şəraitdə qazi və şəhid ailələrinə diqqət və qayğının artırılması barədə Ali Baş Komandan cənab İlham Əliyevin göstəriş və tapşırıqlarının həyata keçirilməsinin vacib olması qeyd olunub.


Çıxış edən şəhid valideynləri xalqımıza qələbə sevincini yaşadan qəhrəman oğulların əməyini qiymətləndirdiyi və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür ediblər.


Tədbirdə çıxış edən Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri Müşfiq Əliyev, Beyləqan rayonunda bu sahədə görülmüş işləri yüksək qiymətləndirib və rayonun İcra Hakimiyyətinin Başçısı A. Ağayevə öz minnətdarlığını bildirib.

 

 

Keçidlər