Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda koronavirusa qarşı dezinfeksiya tədbirləri davam edir.

10 avqust 2021 | 16:00

Son günlər respublikanın bəzi ərazilərində əhali arasında virusa yoluxmanın dinamikasında yenidən ciddi artım müşahidə edilib.Beyləqan rayonunda virusun yayılmasının qarşısını almaq məqsədilə dezinfeksiya işlərinin aparılması gücləndirilib. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi məqsədi ilə zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qrupları tərəfindən xüsusi kimyəvi maddələrdən istifadə edilməklə rayonunun mərkəzində yerləşən küçə və prospektlərdə, idarə və müəssisələrin inzibati binalarında, səkilərdə və yol kənarlarında təkrar olaraq dezinfeksiya işləri həyata keçirilmişdir.

 

Keçidlər