Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına növbəti dəfə medallar təqdim olunub.

10 avqust 2021 | 16:00

Beyləqanda Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən işğal altında olan torpaqlarımızı azad edərək xalqımıza qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçərək həlak olmuş qəhrəman şəhidlərimizin ailələrinə və Vətən müharibəsi iştirakçılarının növbəti dəfə medallarla təqdim olunma mərasimi keçirilib.


Beyləqan Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi, Beyləqan RİH-nin məsul nümayəndələri,  şəhidlərin ailə üzvləri, Vətən Müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev tədbirdə Vətən Müharibəsi ərzində şəhidlərimizin və müharibə iştirakçılarının qəhrəmanlığından söz açaraq onlarla bütün Azərbaycan xalqının fəxr etdiyini, uzun müddət yaddaşda silinməyəcək bir tarix yazdıqlarını qeyd etdi. Asif Ağayev Vətənə layiqli oğullar yetişdirdikləri üçün şəhid və Vətən Müharibəsi iştirakçılarının ailələrinə öz minnətdarlığını bildirdi.


Daha sonra Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların ailə üzvlərinə, həmçinin müharibə iştirakçılarına Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə verilən medallar təqdim edilib.


Tədbirdə 55 nəfər döyüş iştirakçısı, 8 şəhid ailəsi, 10 nəfər qazi iştirak edib.Ümumilikdə Beyləqan rayonu üzrə 425 qazi, döyüş iştirakçısı və şəhid ailəsinə medal və ordenlər təqdim olunub.

Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri və Vətən Müharibəsi iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə  öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər