Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayon Heydər Əliyev Mərkəzində şəhid Dadaşzadə Mahir Qərib oğlunun doğum günü qeyd olunub.

01 sentyabr 2021 | 16:00

Beyləqan rayon Heydər Əliyev Mərkəzində şəhid Dadaşzadə Mahir Qərib oğlunun doğum günü qeyd olunub.


1 Sentyabr 2021- ci il tarixdə Beyləqan rayon Heydər Əliyev Mərkəzində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlayan Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Ordusunun baş leytenantı Mahir Dadaşzadə Qərib oğlunun doğum gününə həsr olunmuş tədbir keçirildi. Keçirilən tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin birinci müavini Telman Məstanov, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, şəhidin ailə üzvləri və doğmaları, eləcə də rayon idarə və müəssisə rəhbərləri, qazilərimiz, şəhidin döyüş və kurs  yoldaşları, yaxın dostları iştirak ediblər.

Tədbir ilk öncə  Azərbaycan  Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanılıb.
Sonra isə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə cıxış edənlər bildiriblər ki, Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir.
Bu gün Azərbaycanın elə bir bölgəsi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Onları yaşatmaq, tanıtmaq, hər bir şəhid ailəsinə hörmətlə yanaşmaq hamımızın vətəndaşlıq borcudur.
Tədbirin sonunda şagirdlərin ifasinda şeirlər, Beyləqan rayon Niyazi adina Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında isə vətənpərvər musiqilər səsləndirildi.

Keçidlər