Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəliyi Beyləqan rayon Heydər Əliyev Mərkəzində fəaliyyətə başlayıb.

10 sentyabr 2021 | 16:00

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəliyi Beyləqan rayon Heydər Əliyev Mərkəzində fəaliyyətə başlayıb.
Açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı və aparatın nümayəndələri, Gənclər Fondunun icraçı direktoru, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və rayon gəncləri iştirak edib.
Açılış tədbirlərində gənclərlə söhbət və mərkəzlə tanışlıqdan sonra çıxış edən rəsmi nümayəndələr Ali Baş Komandanın liderliyi ilə Vətən müharibəsində qazanılmış şanlı qələbə sayəsində Azərbaycan gənclərinin artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəkləri, bunun böyük mənəvi və psixoloji mənasının olduğunu xüsusilə vurğulayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə danışıb və gəncləri bu imkanlardan yararlanmağa dəvət ediblər.
Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən yaradılan GİKM-lərin fəaliyyəti gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq.
Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar.

Keçidlər