Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda Şəhid Abbasov Şamxal Xasay oğlunun xatirəsinə inşa edilmiş abidə-bulaq kompleksinin açılışı olub.

12 oktyabr 2021 | 16:00

Beyləqanda Şəhid Abbasov Şamxal Xasay oğlunun xatirəsinə inşa edilmiş abidə-bulaq kompleksinin açılışı olub.


Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə savaşıb və qəhrəmancasına şəhid olan Beyləqan rayonunun Kəbirli kənd sakini, Abbasov Şamxal Xasay oğlunun xatirəsinə inşa olunmuş bulağın açılışı baş tutub. Qeyd edək ki, Şamxal Abbasov 14 fevral 1995-cı ildə Beyləqan rayonunun Kəbirli kəndində dünyaya göz açmışdır. Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında Müddətdən Artıq Həqiqi Hərbi Xidmətdə olan Şamxal Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə savaşıb. Qəhrəmanımız 21 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Şəhidin xatirəsinə inşa olunmuş abidə-bulaq kompleksinin açılış tədbiri Beyləqan Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon ictimaiyyəti, şəhid  ailələri, qazilər, Qarabağ Müharibəsi əlilləri, və veteranları, idarə müəssisə və təşkilat üzvləri iştirakı ilə baş tutmuşdur.  
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Şanlı Zəfər qazanan Azərbaycan Ordusunun şəhidlərinin qanının yerdə qalmadığını, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyəti qeyd edilib, şəhid Abbasov Şamxalın döyüş yolundan danışılıb, Azərbaycan xalqı üçün igid, qeyrətli və mərd oğul yetişdirən şəhidin ailələrinə dərin ehtiram və hörmət bildirilib.
Daha sonra şəhidin atasına Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Fəxri Fərmanı və medalı təqdim olunub.
Tədbir şagirlərin ifasında şəhidimizə həsr edilmiş şeir və kompozisiyalarla davam edib.

 

Keçidlər