Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda 44 günlük Vətən müharibəsinə həsr edilən "Qarabağa qayıdış" adlı rəsm müsabiqəsi keçirildi.

25 oktyabr 2021 | 16:00

Beyləqan rayonunda 44 günlük Vətən Müharibəsinə həsr edilən "Qarabağa qayıdış" adlı rəsm müsabiqəsi keçirildi.

Beyləqan rayon Gənclər Evində keçirilən müsabiqədən öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Keçirilən müsabiqədə 12-14 və 15-17 yaş qruplarından ibarət məktəbli şagirdlər iştirak edib. Onlar Vətən Müharibəsindəki Şanlı Qələbəmizə, Qalib Azərbaycan Xalqına, Müzəffər Ordumuza həsr olunmuş bir neçə bir-birindən gözəl rəsm əsərləri çəkmiş və onları nümayiş etdirmişlər.


Müsabiqənin sonunda qaliblərə hədiyyə və sertifikatlar təqdim olunub.

Keçidlər