Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Əsgərov İbrahim Məzahir oğlunun cənnətdəki doğum günü.

27 oktyabr 2021 | 16:00

Şəhid Əsgərov İbrahim Məzahir oğlunun cənnətdəki doğum günü.
Əsgərov İbrahim Məzahir oğlu  27 oktyabr 1995-ci ildə Beyləqan rayonunda dünyaya gəlib.
O, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edirdi. İbrahim 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Xocavəndin azadlığı uğrunda vuruşmuş və 3 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, İbrahim Əsgərov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidimizin doğum günü münasibəti ilə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri Heybət Əliyev onun ailəsi ilə birgə məzarını ziyarət edib.
Şəhidin məzarı önünə gül dəstələri düzülmüş və ruhuna dualar oxunulmuşdur. Şəhidin ailəsi ilə söhbət edən Heybət Əliyev dövlətin hər zaman onların yanında olacağını və heç vaxt unutmayacaqlarını qeyd etmişdir.
Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkür edib.

Keçidlər