Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 29-u Şəhid Sabir Əhmədovun anım günü idi.

29 oktyabr 2021 | 16:00

Oktyabrın 29-u Şəhid Sabir Əhmədovun anım günü idi.
Beyləqan Rayon İcra Hakimiyyəti başçısı və aparatın məsul nümayəndələri, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri şəhidin anım mərasimində iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra təltif olunan şəhid Sabir Əhmədovun "Şuşanın azad olunmasına görə" medalını Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev onun əmisinə təqdim edərək ona ailəsinə başsağlığı verib və qəhrəman şəhidimiz ilə xalqın hər zaman qürur duyacağını qeyd edib.
Şəhid ailəsi dövlətin və rayon rəhbərliyinin onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Qeyd edək ki, Sabir Əhmədov 1989-cu il iyunun 14-də Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub. 2005-2016-cı illərdə Qəhrəmanlı kənd tam orta məktəbində təhsil alıb.
Ailəli idi. Üç övladı yadigar qalıb.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sabir Əhmədov 2020-ci il sentyabrın 27-də  başlanan Vətən müharibəsi zamanı Xocavənd və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Sabir Əhmədov oktyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə  Sabir Əhmədov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər