Şriftin ölçüsü :

Saytın rəngi :

31 oktaybr Şəhid Dadaşov Seyfəddin Məhəddin oğlunun anım günü idi.

31 oktyabr 2021 | 16:00

31 oktaybr Şəhid Dadaşov Seyfəddin Məhəddin oğlunun anım günü idi.
Şəhidimizin il dönümü mərasimində Beyləqan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov, aparatın məsul nümayəndələri, hüquq mühafizə orqanlarının rəhbərləri və ali təhsil aldığı Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin müəllim heyəti iştirak etmişdir. Şəhidin ailəsinə onun "Suqovuşanın azad olunmasına görə" medalı və Bakı Dövlət Universiteti tərəfindən verilən medal təqdim edildi.
Qeyd edək ki, Seyfəddin Dadaşov 1999-cu il martın 8-də Beyləqan rayonunda anadan olub.
2005-2016-cı illərdə Beyləqan rayon Mayak kənd tam orta məktəbində təhsil alıb.
2016-2020-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsində ali təhsil alıb. 2020-ci ildə magistratura pilləsinə qəbul olub.
Seyfəddin Dadaşov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Azərbaycan Ordusunun əsgəri olan Seyfəddin Dadaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsinə qoşulub. Qəhrəman şəhidimiz Suqovuşan istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.
Oktyabrın 31-də elə Suqovuşanda gedən şiddətli döyüşlərdə şəhid olub. Beyləqan rayon Mayak qəsəbəsində dəfn edilib.
Şəhidimin ruhu qarşısında baş əyir, onu hörmətlə yad edirik!

Keçidlər