Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr- Zəfər Günü ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq “Yaddaş Saatı" şüarı altında şəhid məzarlarının və abidələrinin ətrafının abadlaşdırılması abadlaşdırılması və ziyarəti davam edir.

01 noyabr 2021 | 16:00

8 Noyabr- Zəfər Günü ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq “Yaddaş Saatı" şüarı altında şəhid məzarlarının və abidələrinin ətrafının abadlaşdırılması və ziyarəti davam edir.


44 günlük Vətən Müharibəsində bizə Şanlı Qələbəni bəxş edən şəhidlərimizə hörmət əlaməti olaraq onlara məxsus abidə  və məzarların ətrafında idarə və müəssisə işçiləri tərəfindən abadlaşdırılma işləri görülür. Ötən günlərdə Beyləqan Gənclər Evinin kollektivi və könüllüləri tərəfindən bir neçə şəhid məzarı və abidəsi ətrafında təmizlik və abadlaşdırma işləri aparılıb.
Eyni zamanda Gənclərin İnkişaf və Karyera Mərkəzinin Beyləqan rayon nümayəndiliyi şəhid məzarlarını ziyarət etmiş, önünə gül dəstələri düzərək ehtiramlarını bildirmişlər.
Ayrı-ayrı idarə və müəssisələr tərəfindən abadlaşdırma işləri və ziyarətlər davam edir.

Keçidlər