Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunun Sarısu qəsəbəsində “Şəhidlərə xatirə” momerial abidəsinin açılışı baş tutub.

04 noyabr 2021 | 16:00

Beyləqan rayonunun Sarısu qəsəbəsində “Şəhidlərə xatirə” momerial  abidəsinin açılışı baş tutub.


Beyləqan rayonunun Sarısu qəsəbəsində İkinci Qarabağ müharibəsi şəhidləri General Polad Həşimovun, şəhid Abdullayev Vüsal Şakir oğlunun,  Mikayılzadə Mikayl Vidadi oğlunun və Qənbərov Elnur Novruz oğlunun xatirəsinə həsr olunmuş möhtəşəm momerial  “Şəhidlərə xatirə” abidəsinin açılışı baş tutub.
Açılış tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və aparatın məsul nümayəndələri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, müharibə veteranları, rayon idarə və müəssisə rəhbərləri və ictimiayyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Vətən Müharibəsinə yollanıb şəhadətə yüksələn şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Dövlət Himni səsləndirildi.
Çıxış edənlər Vətən Müharibəsində şəhid olmuş evladlarımızın qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və Böyük Qələbənin Tarixi əhəmiyyətini qeyd etdilər.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev şəhid Abdullayev Vüsal Şakir oğlunun ildönümü mərasimində iştirak edərək şəhidin ailə üzvləri ilə görüşdü.
Asif Ağayev Azərbaycan Ordusunun qazandığı Tarixi Qələbədə payı olan şəhid Vüsalın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı əsasən “Qubadlının azad olunmasına görə” medalını atası Şakir Əliyevə təqdim etdi.

Keçidlər