Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda 8 Noyabr-Zəfər Gününə həsr olunmuş gənc musiqiçilərin ifasında möhtəşəm konsert tədbiri baş tutub.

05 noyabr 2021 | 16:00

Beyləqan rayonunda 8 Noyabr-Zəfər Gününə həsr olunmuş gənc musiqiçilərin ifasında möhtəşəm konsert tədbiri baş tutub.
Bildiyimiz kimi, Şanlı Qələbəmizin bir ilinin tamam olunmasına sayılı günlər qalıb. Bu ərəfələrdə Beyləqan rayonunda silsilə tədbirlər həyata keçirilib. Növbəti tədbir Beyləqan Rayon Uşaq Musiqi məktəbinin gənc musiqiçiləri tərəfindən həyata keçirilən konsert oldu.
Tədbir başlamamışdan öncə Vətənimiz üçün canından keçrək şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Dövlət Himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova tədbir iştirakçılarını salamlayaraq tədbirin əsas məqsədi olan Şanlı Zəfərə aparan yolumuz haqqında qısa məlumat verib.  O qeyd edib  ki, 44 günlük Vətən Müharibəsində Şanlı Azərbaycan Ordusu düşmən üzərində misli görünməmiş qələbə qazanmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Yeganə Məmmədova Zəfər Bayramını keçirməmizə səbəb olan şəhidlərə Allahdan rəhmət diləmiş, öz sağlamlıqlarını Vətən, torpaq uğrunda fəda etmiş qazilərimizə və müharibə iştirakçılarına şəfa diləmişdir.
Arasında şəhid və qazi övladları da olan gənc musiqiçilərdən ibarət orkestr vətənpərvərlik mövzusunda möhtəşəm musiqilər ifa etmiş, dinləyicilərə xoş anlar yaşatmışlar.

Keçidlər