Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Mil qəsəbəsi şəhidlərinin xatirəsinə inşa edilmiş abidə kompleksinin açılış mərasimi baş tutub.

29 noyabr 2021 | 16:00

Ötən günlərdə Yeni Mil qəsəbəsi şəhidlərinin  xatirəsinə inşa edilmiş abidə kompleksinin açılış mərasimi baş tutub.


Abidə kompleksinin açılış mərasimində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, aparatın məsul nümayəndələri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, məktəb müəllimləri və məktəblilər, ictimaiyyət nümyəndələri iştirak ediblər.


Qeyd edək ki, abidə kompleksində Yeni Mil qəsəbəsinin 1-ci Qarabağ müharibəsində döyüşərək tarixə şərəfli imzasını atan qəhrəman şəhidlərinin rəsmləri yer alırdı və bu yaxınlarda 2-ci Qarabağ müharibəsi zamanı torpaqlarımızın bütövlüyünü bizə bəxş edən şəhid Yunisov Elgün, şəhid Fərzəlizadə Emin, şəhid Həsənov Səddam, şəhid Xasayev Elməddin, şəhid Muradov Tacir, şəhid Abışov Babək və şəhid Əliyev Sənanın rəsimləri də abidəyə həkk olunmuşdur.


Şəhidlərimizin quhu qarşısında baş əyir, onları hörmətlə yad edirik!

Keçidlər