Şriftin ölçüsü :

Saytın rəngi :

7 avqust Vətən Müharibəsi şəhidi Əliyev Səbuhi Teyyub oğlunun cənnətdəki doğum günüdür.

07 avqust 2022 | 12:19
Şəhidimizin doğum günü münasibəti ilə Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri şəhidimizin ailəsini ziyarət edib.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsində şücaət göstərmiş hərbçilərimizdən biri də Səbuhi Əliyev olub. O, acdığı atəşlə düşmən mövqelərini darmadağın edib.
Əliyev Səbuhi Teyyub oğlu 1983-c il 7 avqust tarixdə Beyləqan rayonunun Orta Əlinzərli kəndində anadan olub.
2008- ci ildə həqiqi hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan ordusunda xidmətə başlayıb. Təlim-tədris mərkəzində kurs keçdikdən sonra gizir rütbəsində xidmətini davam etdirib. 13 illik xidməti dövründə top və zirehli döyüş maşını komandiri olub.
Vətən müharibəsində Ermənistan ordusuna məxsus zirehli texnikaları və canlı qüvvəni dəqiq atəşlə məhv edib. Səbuhi Əliyev oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub.
Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" medallları ilə təltif edilib.
Keçidlər