Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda şəhid ailələri üçün tibbi aksiya keçirilib.

11 dekabr 2021 | 16:00

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən Azərbaycan Könüllü Həkimlər Assosiyasiyası və Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası ilə birgə, eləcə də Beyləqan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında dekabrın 11-də şəhid ailələrinin üzvləri üçün tibbi aksiya təşkil edilib.
Aksiya çərçivəsində Bakı şəhrində müxtəlif dövlət və özəl xəstəxanalarda çalışan onkoloq, kardioloq, radioloq, terapeft, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə 32 nəfərdən ibarət könüllü həkim heyəti tərəfindən ümumilikdə 400 nəfərə yaxın şəhid ailələrinin üzvləri müayinə olunub, müvafiq müalicə kursları təyin edilib, zəruri dərman vasitələri ilə təmin olunub, eləcə də digər patologiya aşkar olunan xəstələr ixtisaslaşmış tibb müəssislərinə yönləndirilib.

Keçidlər