Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda "Şərqin Günəşi" adli ədəbi - bədii kompozisiya təqdim olunub.

28 dekabr 2021 | 16:00

Azərbaycanın dahi mütəfəkkir şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı şairin poemaları əsasında səhnələşdirilmiş “Şərqin Günəşi” adlı ədəbi - bədii kompozisiya Beyləqan rayon Mədəniyyət Mərkəzində Mərkəzin Gənclik Xalq Teatrı tərəfindən tamaşaçılara təqdim olunub. Ədəbi - bədii kompozisiya tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Tədbirin yekununda Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova və Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı çıxış edərək təşkilatçılara təşəkkürünü bildirmiş və tamaşanın cənab Prezidentin ad gününə təsadüf etdiyini vurğulayaraq cənab Prezidenti ad günü münasibəti ilə təbrik ediblər.

Keçidlər