Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda şəhid övladları üçün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş “Bayramınız mübarək, qəhrəman övladları!” adlı tədbir keçirilib.

30 dekabr 2021 | 16:00

Beyləqan  Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Beyləqan rayon Mədəniyyət nümayəndəliyinin əməkdaşlığı ilə reallaşan tədbirdə 100-ə yaxın şəhid övladı iştirak edib. Tədbirdə çıxış edənlər xalqımızın həmrəyliyinin Vətən müharibəsində bizi Qələbəyə aparan əsas amillərdən olduğunu vurğulayıb, dövlət tərəfindən şəhid ailələrinin və qazilərin hər zaman diqqətdə saxlandığı diqqətə çatdırılıb. Beyləqan Gənclik Teatrının hazırladığı müxtəlif və əyləncəli şou nümayiş olunub, gənc musiqiçilər tərəfindən vətənpərvərlik və bayram abu-havasında musiqilər ifa edilib. Şəhid övladlarına Yeni il hədiyyələri təqdim olunub.

Keçidlər