Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda 2 fevral – Gənclər Günü qeyd edildi.

02 fevral 2022 | 16:00

02 fevral 2022-ci il tarixində Beyləqan rayon İcra hakimiyyətinin və Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan nümayəndəliyinin təşkilatçılığı ilə “02 fevral - Gənclər Günü” nün təsis edilməsinin 25-ci ildönümü münasibətilə Beyləqan rayon Gənclər Mərkəzində “Gənclər gələcəyimizin təminatçısıdır” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Beyləqan rayon İcra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yeganə Məmmədova, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, eləcədə rayon mədəniyyət müəsissələrinin rəhbər işçiləri və gənc əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidə kompleksini ziyarət edərək, önünə tər çiçək dəstələri düzdülər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsilə başlanıb, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə giriş sözü ilə Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı çıxış edərək, gəncləri əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu, onların cəmiyyətin fəal qurucularına çevrildiyini bildirmişdir
Beyləqan rayon İcra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yeganə Məmmədova ölkəmizdə Gənclər Gününün qeyd edilməsinin, bu sahədə dövlət siyasətinin formalaşdırılmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb və bu siyasətin hazırda cənab prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini qeyd edib. Gənclərin savadlı, intelektual, dünyagörüşlü və sağlam şəkildə yetişməsində cənab Prezident İlham Əliyev tərəfindən yaradılmış şəraitdən söz açaraq qeyd etmişdir ki, ötən illər ərzində Azərbaycanda gənc nəslin maraq və mənafelərini özündə əks etdirən, onların aparıcı qüvvə kimi formalaşmasına təkan verən təkmil qanunverici baza formalaşdırılmış, Dövlət büdcəsindən gənclər siyasətinin sistemli və ardıcıl surətdə həyata keçirilməsi üçün kifayət qədər vəsait ayrılmışdır. Ki, bu da son illədə həyata keçirilən gənclər və idman siyasətinin prioritet istiqaməti gənc nəslin fiziki-mənəvi potensialının möhkəmləndirilməsi və bu potensialın tam açılmasına xidmət edən kompleks tədbirlərin gerçəkləşdirilməsinə, daim gənclərə layiq olduqları imkanlar səviyyəsində geniş meydan verilməsinə, bu təbəqənin zəruri tələbat və ehtiyaclarının ödənilməsinə əlverişli şərait yaratmışdır.
Tədbirdə mədəniyyət müəssisələrində çalışan bir qrup gənc əməkdaş səmərəli fəaliyyətlərinə görə Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Tədbir geniş konsert proqramı ilə davam etdirilib.
Tədbirdə mədəniyyət müəssisələrində çalışan bir qrup gənc əməkdaş səmərəli fəaliyyətlərinə görə Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Tədbir geniş konsert proqramı ilə davam etdirilib.

 

Keçidlər