Şriftin ölçüsü :

Saytın rəngi :

21 fevral 2022-ci il tarixdə Beyləqan rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının yaranmasının 29-cu ildönümü münasibətilə yubiley tədbiri keçirilmişdir.

22 fevral 2022 | 16:00

Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayev, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü cənab Şahin İsmayılov, YAP Beyləqan rayon təşkilatının sədri cənab Müşfiq Səfərov, Ərazi Partiya Təşkilat sədrləri, idarə-müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Yubiley tədbiri Ulu Öndər Heydər Əliyevin Abidəsi qarşısına tər gül dəstələrinin qoyulması, Dövlət Himninin səsləndirilməsi və Yeni Azərbaycan Partiyasının banisi, Ulu Öndər Heydər Əliyevin, dünyasını dəyişmiş siyasi həmfikirlərin, eləcə də, Qarabağ müharibəsi zamanı Şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsindən sonra davam etdirildi. Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov tədbiri giriş sözü ilə açaraq YAP rayon təşkilatının 29 illik Yubiley tədbirində Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, eləcə də, YAP Beyləqan rayon təşkilatının yaranma tarixindən və Partiyanın bugünkü inkişaf yolundan, həmçinin, gələcək perspektivləri barədə toplantı iştirakçılarına məlumat verdi. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayev müfəssəl şəkildə çıxış edərək Yeni Azərbaycan Partiyasının xalqımızın və müstəqil dövlətçiliyimizin taleyində mühüm rola malik olan aparıcı siyasi qüvvə olduğunu, yarandığı gündən bəri partiyanın uğurlu və şərəfli yol keçdiyini qeyd etmişdir. Asif Ağayev YAP Beyləqan rayon təşkilatının ilk yaranmış rayon təşkilatlarından biri olduğunu vurğulayaraq rayonda bir sıra siyasi partiyaların təşkilatları fəaliyyət göstərsə də, Yeni Azərbaycan Partiyasının Azərbaycan cəmiyyətində olduğu kimi rayonda da öz yerinə, roluna və aparıcı missiyasına görə öndə olduğunu bildirmişdir.  Mövzu ətrafında tədbir iştirakçıları tərəfindən ətraflı çıxışlar edildikdən sonra, sonda bir qrup gənc Partiya üzvünə Partiya üzvlük vəsiqələri verildi.

Keçidlər