Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhid İsmayılov Elvin Tələt oğlunun cənnətədki növbəti doğum günü idi.

09 mart 2022 | 16:00

Şəhidin doğum günü münasibəti ilə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humantar məsələlər şöbəsinin müdiri Yeganə Məmmədova, aparatın şöbə müdirləri İlqar Quliyev, Heybət Əliyev, Rayon Təhsil şöbəsinin müdiri Suliddin Əsgərov, şəhidin ailə üzvləri və yaxınları, ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edərək önünə qərənfillər düzmüş, əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Bildiririk ki, Elvin Tələt oğlu İsmayılov 1989-cu il martın 9-da Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. Müharibəyə gedərkən Elvin yenicə ailə həyatı qurmuşdu. İsmayılov Elvin 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlərdə döyüşüb. Bir çox yaralı yoldaşlarını ölümdən qurtarıb və ölümün gözünə düz baxaraq yalnız irəli gedib. Döyüşlərdən bir addım belə geri atmayan qəhrəmanımız Cəbrayılın Nüzgar kəndində şəhidlik zirvəsinə qovuşub. Beyləqan rayonu, Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İsmayılov Elvin ölümündən sonra “Vətən uğrunda”,  "İgidliyə görə",  "Cəbrayılın azad olunmasına görə", “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər