Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə Şəhid anaları və yoldaşları ilə görüş keçirilib.

09 mart 2022 | 16:00

Azərbaycan Qarabağ Müharibə Əlilləri, veteranları və Şəhid ailələri İctimai Birliyinin Beyləqan Rayon Filialı tərəfindən 8 Mart-Beynəlxalq Qadınlar günü münasibəti ilə Qarabağ Müharibəsində şəhid olan qəhrəmanlarımızın anaları və yoldaşları eləcə də qazi ailələri ilə görüş keçirilib və sonda onlara şəhidlərin adından hədiyyələr təqdim edilib. Tədbirdə həmçinin Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yeganə Məmmədova, “Beyləqan RMX”sı Publik Hüquqi Şəxsin direktoru Nurəngiz Bəşirova, ayrı-ayrı idarə və müəssisələrin qadın rəhbərləri də iştirak edib. Təşkilatçılar və tədbirin qonaqları tərəfindən təbrik edildikdən sonra çıxış edən şəhid anaları Azərbaycan dövləti və xalqı tərəfindən daim diqqət mərkəzində olduqlarını  qeyd etmiş və tədbirin təşkilatçılarına öz təşəkkürlərini bildirmişlər.

 

Keçidlər