Şriftin ölçüsü :

Saytın rəngi :

Ali məktəblərə qəbul olmuş şəhid övladları və qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirilib.

06 sentyabr 2022 | 12:02
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev ölkənin ali məktəblərinə qəbul olmuş şəhid övladları və qəbul imtahanlarında rayon üzrə yüksək bal toplamış məzunları qəbul edib. Asif Ağayev tələbə adını qazanan bütün məzunları təbrik edərək onlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak etməyi arzulayıb. Rayon rəhbəri təhsilin inkişafına göstərilən dövlət qayğısından və bu sahədə əldə edilən uğurlardan danışaraq, təhsilin inkişafının ölkəmizdə daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. Görüşdə tələbə adını qazanmış gənclər və onların valideynləri çıxış edərək, onlara yaradılan şəraitə, diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər. Sonda məzunlara Rayon İcra Hakimiyyətinin başçısının Fəxri Fərmanları və hədiyyələri təqdim olunub.
Keçidlər