Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev rayon Mərkəzi Xəstəxanasında müalicə olunan yaralı hərbçilərə baş çəkib.

19 sentyabr 2022 | 09:55
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayev Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı yaralanan və Beyləqan rayon Mərkəzi Xəstəxanasında müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti və qayğıları ilə maraqlanıb. Rayon rəhbərinə məruzə olunub ki, xəstəxanada yaralı hərbçilərimizin müalicəsi üçün bütün tibbi personal yüksək peşəkarlıqla fəaliyyət göstərir. Asif Ağayev palatalarda müalicə olunan hərbi qulluqçulara baş çəkib, onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, tezliklə sağalmalarını arzu edib. İcra başçısı A.Ağayev yaralı hərbi qulluqçularımıza göstərilən xidmətin daha keyfiyyətli təşkil olunması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Keçidlər