Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

16 mart 2023 | 19:48
Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilatların əməkdaşları, rayon ictimaiyyətinin üzvləri iştirak ediblər.
 
Aksiyada 300-dən çox zeytun ağacı əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin keçirdiyi ağacəkmə aksiyasının məqsədi ölkəmizdə ekologiyanın qorunması, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etməkdir.
Keçidlər