Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olundu.

17 iyun 2022 | 16:15
      Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətləri və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılması nəzərə alınaraq hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Nurəngiz Bəşirova, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun səhiyyə sahəsində xidmət göstərən işçiləri "Tibb işçilərinin peşə bayramı" münasibəti ilə əlamətdar günün yaradıcısı Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılan abidəni ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək dahi rəhbərə öz ehtiramlarını bildiriblər.
Sağlamlığımızın keşiyində dayanan bütün tibb işçilərini peşə bayramları münasibəti ilə təbrik edir, onlara işlərində uğurlar arzulayırıq!
Keçidlər