Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda 8 Noyabr – Zəfər Günü münasibəti ilə ümumrayon tədbiri keçirilib

08 noyabr 2022 | 20:46
Beyləqan rayon Mədəniyyət mərkəzində Şanlı tariximizə qızıl hərflərlə yazılan 8 Noyabr – Zəfər Günü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.
 
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Milli Məclisin deputatı Şahin İsmayılov , hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları, qazilər, idarə, müəssisə, təşkilat kollektivi, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
 
Konsert tədbirindən əvvəl Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə və Zəfər Gününə həsr edilən məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Daha sonra rayon Mədəniyyət Mərkəzində baş tutan konsert tədbiri Azərbaycan Respublikasının himni və Zəfər Tariximizi yazan şəhidlərin bir dəqiqəlik sükutla anıldıqdan sonra açıq elan olunub.
 
Konsert tədbirində yerli müsiqiçilərin ifasında təqdim olunan vətənpərvərlik mövzusundakı mahnı və xorlar, bədii qiraətçilərin söylədiyi Zəfər bayramına, Qələbəmizə və Şəhidlərə həsr olunmuş şeirlər, o cümlədən milli rəqslər tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
 
ZƏFƏR bayramınız mübarək!Yaşasın müstəqil Azərbaycan!
Keçidlər