Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda qanvermə aksiyası keçirilib.

01 dekabr 2022 | 15:58
Beyləqan Rayon İcra Hakimiyyəti, TƏBİB və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə 01 dekabr 2022-ci il tarixdə saat 09:00-dan başlayaraq rayonda qanvermə aksiyası keçirilmişdir.
Hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə təşkil olunan bu humanitar aksiyda Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil, səhiyyə, mədəniyyət işçiləri və sakinlər iştirak ediblər.
Könüllü donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra tədarük olunan qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndəriləcək və talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaq.
Keçidlər