Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda rayon ağsaqqalları ilə görüş keçirilib.

01 avqust 2022 | 12:13
Görüşdən əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev bir qrup rayon ağsaqqalı ilə birlikdə torpaqlarımızın azadlığı uğrundan canından keçən şəhidlərimizin məzarlarını ziyarət edərək önünə gül dəstələri düzmüş və ruhlarına ehtiram əlaməti olaraq dualar oxumuşlar.
Daha sonra Rayon İcra Hakimiyyətinin inzibati binasında tədbir baş tutub.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev tədbiri giriş sözü ilə açaraq rayonun ictimai-siyasi həyatında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində ağsaqqalların fəal rolundan bəhs edib və ağsaqqallara, eləcə də zəngin həyat və iş təcrübəsinə malik olan ziyalılara daim ehtiyac olduğunu bildirib. A.Ağayev Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından söz açıb.
Beyləqan rayon Ağsaqallar şurasının sədri Etibar İmanov çıxış edərək ağsaqqallıq və ağsaqqallıq missiyasını hər bir ağsaqqal üçün həm şərəf, həm ağır bir mənəvi yük, həm də dövlət və cəmiyyət qarşısında məsuliyyətli bir iş olduğunu qeyd etmişdir. E.İmanov Beyləqan Rayon Ağsaqqallar Şurası və onun rayon inzibati-ərazi vahidlərində fəaliyyət göstərən üzvlərinin fəaliyyətləri dövründə Dövlət başçısı cənab İlham Əliyevin siyasətini, normativ aktları, Azərbaycan Ağsaqallar Şurasının tapşırıq və göstərişlərini əldə rəhbər tutaraq tədbirlərin daha səmərəli keçirilməsi üçün çoxsaylı işlər görüldüyünü vurğulamış və bu sahədə onlara şərait yaradan Rayon İcra Hakimiyyətinin başçısına dərin minnətdarlığını bildirmişdir.
Bir qrup rayon ziyalısı və ağsaqqları çıxış edərək əhalinin rifah halının yaxşılaşdırılmasına daim diqqət göstərən Prezident İlham Əliyevə beyləqanlılar adından minnətdarlıqlarını ifadə edib, dövlət başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstəklərini bildiriblər.
Görüş rayon ağsaqqallarının rayonun ictimai-siyasi həyatında olan fəaliyyətlərindən, görülmüş və görülməsi nəzərdə tutulan təşkilati məsələlər barədə müzakirələrlə davam edib.
Keçidlər