Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda şəhid məzarlarının ziyarət olunması davam etdirilir.

27 sentyabr 2022 | 15:45
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev,icra hakimiyyətinin məsul əməkdaşları hüquq mühafizə orqanlarının rəhbərləri,qazilər və ictimaiyyət nümayəndələri rayon Şəhidlər Xiyabanında şəhid məzarlarını ziyarət etdilər. Məzarlar üzərinə tər qərənfillər düzüb, əziz xatirələrini ehtiramla anıldı. Torpaq uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dua oxunub. İcra başçısı şəhid ailələri ilə söhbət zamanı problemləri ilə maraqlanıb. Şəhid ailələri hər zaman onlara göstərilən diqqətə və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər