Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

20 yanvar 2023 | 20:35
20 yanvar 2023-cü il tarixində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Beyləqan rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəsi Məhəmməd Qələndərov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, şəhid ailələri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların və mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.
 
Tədbir Ümummilli Liderin və 20 Yanvar faciəsində şəhidlik zirvəsinə ucalan vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Giriş nitqi ilə çıxış edən Yeganə Məmmədova 20 Yanvar faciəsinin Azərbaycan tarixindəki rolu, faciənin baş vermə səbəbləri, Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra faciəyə siyasi qiymətin verilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdi.
Tədbirdə çıxış digər natiqlər bildirib ki, Azərbaycan xalqı 20 Yanvar faciəsini tarixin həm kədərli səhifəsi, həm də qəhrəmanlıq səlnaməsi kimi hec zaman unutmayacaqdır.
 
Tədbir Mədəniyyət Mərkəzinin “Gənclik” xalq teatrı tərəfindən 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Vətən sənə canım fəda” adlı ədəbi-bədii kompozisiyası ilə yekunlaşıb.
Keçidlər