Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub.

23 iyun 2022 | 16:14
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə hər il 23 iyun Azərbaycan Respublikasının dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur.
Dövlət Qulluqçularının peşə bayramı günü münasibəti ilə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və aparatın nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun dövlət idarə və müəssisələrində çalışan dövlət qulluqçuları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, hörmət və ehtiramlarını ifadə etmişlər.
     Daha sonra İcra Hakimiyyətinin akt zalında tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayev Respublikamızın Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə 23 iyun- Azərbaycan Respublikasının dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunduğunu bildirmiş və əlavə etmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı illər ərzində, xüsusən ölkənin yeni Konstitusiyasının qəbul edildiyi 1995-ci ildən sonrakı müddətdə dövlət idarəçiliyinin və dövlət qulluğunun təkmilləşməsi ilə bağlı ardıcıl surətdə silsilə xarakterli islahatlar həyata keçirilmiş, inzibati sistemin tənzimlənməsinə dair xeyli sayda müvafiq qanun və fərmanlar qəbul edilmiş və bunun nəticəsi olaraq ölkədə dövlət qulluğunun möhkəm normativ hüquqi bazası yaradılmışdır. Asif Ağayev Rayon İcra Hakimiyyəti əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edib, onlara işlərinin peşəkarı olmağı və öz peşələrinə daim məsuliyyətlə yanaşmalarını tövsiyyə edib.
A.Ağayev həmçinin Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi Tofiq Məmmədovu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilməsi münasibəti ilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Keçidlər