Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda 9 may - Faşizm üzərində Qələbə günü ilə bağlı veteran ziyarət olunub

09 may 2023 | 21:34
9 may - Faşizm üzərində Qələbə günü ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Heybət Əliyev və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Zöhrab Camalov və xidmətin əməkdaşları Beyləqanlı Böyük Vətən Müharibəsi veteranı, 1926-cı il təvəllüdlü Qafarov Yusif Kərim oğlunu ziyarət edib.
 
Görüş zamanı qeyd edilib ki, faşizm üzərində qələbədən 78 il keçsə də, xalqımız hər il 9 May tarixini təntənəli surətdə qeyd edir. Bildirilib ki, döyüş yolu Taqarondan keçən Yusif Qafarov kimi neçə-neçə xalqımızın igid oğul və qızlarının İkinci Dünya müharibəsi zamanı göstərdikləri misilsiz şücaət və igidlik, arxa cəbhədə mübarizə aparanların əmək rəşadəti hamı üçün əvəzsiz və qiymətli örnəkdir.
Keçidlər