Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda Anım Günü ərəfəsində ağacəkmə aksiyası keçirildi.

27 sentyabr 2022 | 15:40
27 sentyabr Anım günündə Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq şəhər mərkəzində ağacəkmə aksiyası keçirilib. Keçirilən ağacəkmə aksiyasında Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, hüquq mühafizə orqanlarının rəhbərləri, qazilər, ziyalılar və rayon ictimaiyyəti iştirak edib. Aksiyada 40 ədəd alyandra, eldar şamı və sərv ağacları əkilib, digər ağaclara aqrotexniki qulluq göstərilib.
Keçidlər