Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbir baş tutub.

10 may 2023 | 21:50
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə rayonun bütün idarə, müəssisə və təşkilatları, özəl bölmənin işçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
 
Tədbirdən öncə Heydər Əliyevin Beyləqana səfərləri zamanı çəkilmiş fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib.
 
Dövlət Himni səsləndirildikdən sonra Rayon İcra Hakimiyyəti başçısı Asif Ağayevin “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1969-2003-cü illərdə siyasi fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib.
 
Rayon rəhbəri ətraflı çıxış edərək Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində müsbət dəyişikliklərdən bəhs etmiş, milli dövlət quruculuğu, sabitliyin təmin edilməsi prosesində Heydər Əliyevin yorulmaz fəaliyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən “Əsrin adamı” adlı film nümayiş olunub.
Keçidlər