Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə bayramı qeyd olunub.

05 iyun 2023 | 19:16
05 iyun 2023-cü il tarixdə Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə bayramı münasibəti ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və aparatın məsul nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, meliorasiya işçiləri, idarə və müəssisə kollektivi ilə birlikdə Ulu Öndərin xatirəsinə ucalan abidəni ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz ehtiramlarını bildiriblər.
 
Daha sonra su təsərrüfatı sahəsində fəal xidmətlərinə görə bir qrup şəxs Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.
 
Rayon rəhbəri Asif Ağayev Meliorasiya İşçilərini peşə bayramları münasibəti ilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
Keçidlər