Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda "Şuşa İli" çərçivəsində “Mahnı dağlarda qaldı" tamaşası təqdim olunub

09 dekabr 2022 | 12:06
Dekabrın 9-da Beyləqan rayon Mədəniyyət Mərkəzində Beyləqan rayon mədəniyyət müəssisələrində “Şuşa İli” çərçivəsində il ərzində keçirilmiş silsilə tədbirlərin yekunu olaraq görkəmli dramaturq İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” tamaşası təqdim edilib.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Yeganə Məmmədova,şöbə müdiri Heybət Əliyev, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, , şəhid ailələrinin üzvləri, qazilər, təhsil, mədəniyyət və digər müəssisələrin əməkdaşları, rayon ictimaiyyəti iştirak ediblər. Öncə “Şuşa İli”nə həsr olunmuş kitab və rəsm sərgisinə baxış keçirilib.
Dövlət himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəman oğullarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edənlər Azərbaycanın dilbər guşəsi Şuşanın işğaldan azad olunmasının tarixi əhəmiyyətindən və işğaldan azad edildikdən sonra burada keçirilən çoxsaylı mədəniyyət tədbirlərindən geniş bəhs edib.
Sonra rayon Mədəniyyət Mərkəzinin "Gənclik" xalq teatrının səhnələşdirdiyi "Mahnı dağlarda qaldı" tamaşası təqdim olunub.
Keçidlər