Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş elmi praktiki konfrans keçirilib.

07 may 2022 | 13:24

     06 may 2022-ci il tarixdə Beyləqan rayon Heydər Əliyev Mərkəzində Beyləqan Rayon İcra Hakimiyyətinin, Beyləqan rayon Gənclər və İdman İdarəsinin, Beyləqan rayon Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyasının Beyləqan rayon təşkilatının və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş elmi praktiki konfrans keçirilmişdir.
Tədbirə başlamamışdan əvvəl Ümummilli Lider Heydər Əliyevin xatirəsinə inşa edilmiş abidə ziyarət edilərək önünə gül dəstələri düzülmüş və Ulu Öndərin ruhu hörmət və ehtiramla yad edilmişdir.
Daha sonra tədbir iştirakçıları Heydər Əliyevin xatirələrini özündə əks etdirən eksponatla yaxından tanış olmuş və həmçinin vətənpərvərlik mövzusunda məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi nümayiş edilmişdir.
Baş tutmuş tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova bütün ömrünü xalqımızın tərəqqisinə və inkişafına həsr etmiş Ümummilli Liderimiz Heydər Əliyevin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışməşdır.
Y.Məmmədova bildirib ki,  Azərbaycan tarixinin son 30 ili Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.  Onun əvəzsiz xidmətləri sayəsində ölkəmizdə daxili sabitlik bərpa edilmiş, iqtisadi inkişaf, quruculuq işlərinə başlanılmışdır. Məhz Ümummilli Liderin məqsədyönlü siyasəti və gərgin əməyi nəticəsində müstəqillik yolunda kövrək addımlarını atan Respublikamız iqtisadi böhrandan çıxmış, ölkəmizdə hüquqi dövlət və demokratik cəmiyyət qurulmuş, Azərbaycan dünya birliyində öz layiqli yerini tutmuşdur. Xalqın milli tarixinə və mənəvi dəyərlərinə hörmətlə yanaşan Dahi Öndər millətimizin parlaq gələcəyinin təməlini qoymuşdur.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün dünyada tanınan və sevilən şəxsiyyət idi. Yaşadığımız dövr tarixə Heydər Əliyev erası kimi daxil olacaqdır. Gələcək nəsillər taleyin bizə bəxş etdiyi bu şərəfli dövrü daha mükəmməl öyrənəcək və təhlil edəcəkdir.
Yekunda rayon Gənclər və İdman İdarəsinin tədbirlər planına uyğun olaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş mini futbol, rəsm və inşa yazı müsabiqəsində qalib komanda və iştirakçılar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Keçidlər