Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanda Vətən müharibəsi şəhidi Xudiyev Toğrulun doğum günü qeyd olunub.

29 dekabr 2022 | 11:43
29 Dekabr 2022-ci ildə rayonun Qəhrəmanlı qəsəbə sakini, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Xudiyev Toğrul Habil oğlunun ad günü şəhidin xatirə bulağının önündə qeyd olundu.Tədbirdə rayon şəhidin ailə üzvləri, rayon İcra hakimiyyətinin nümayəndələri, kənd sakinləri və şəhidin təhsil aldığı orta məktəbin müəllim və şagird kollektivi iştirak etdi.
 
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlandı.Şəhidin əziz xatirəsi ehtiramla yad olundu.
 
Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuz, qəhrəman oğullarımız qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən işğalçılardan azad etdiyini qeyd etmişdir.
 
Mərasimdə çıxış edənlər 23 –cü doğum günü qeyd olunan şəhid Toğrul Xudiyevin keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirdilər.
 
Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edildiyini, rayonda da şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunması qeyd olundu. Şəhidimizin doğum günündə təhsil aldığı məktəbin şagirdləri şəhidlərə həsr edilmiş vətənpərvər şeirlər söyləyiblər.
 
Şəhidin atası Habil Xudiyev şəhidlərin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə ailəsi adından təşəkkürünü bildirdi.
Keçidlər