Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanlı gənc idmançı Qasımlı Vədat Eldəniz oğlu “Yunan-Roma güləşi” idman növü üzrə Avropa və Dünya çempionatlarında qazandığı yüksək nəticələrə görə Fəxri Fərmanla təltif olunub.

18 avqust 2022 | 12:17
Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev “Yunan-Roma güləşi” idman növü üzrə Azərbaycan birinciliklərinin və beynəlxalq turnirlərin qalibi olan gənc idmançı Qasımlı Vədat Eldəniz oğlu və onun müəllimi, “Yunan-Roma güləşi” idman növü üzrə əməkdar məşqçi Kamil Fərzəliyevlə görüş keçirib.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev beynəlxalq yarışlarda ölkəmizi, o cümlədən rayonumuzu layiqincə təmsil etdiyi və yüksək nəticələr qazandığı üçün gənc idmançı Qasımlı Vədat Eldəniz oğlunu təbrik edib və gələcək yarışlarda ona uğurlar arzulayıb.
A.Ağayev ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idmanın kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb.
Gənc idmançı və onun məşqçisi ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib.
Görüşün sonunda idman sahəsində əldə etdiyi yüksək nailiyyətlərə görə Qasımlı Vədat Eldəniz oğluna Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının Fəxri Fərmanı və xatirə hədiyyəsi təqdim olunub.
Keçidlər