Şriftin ölçüsü :

Saytın rəngi :

“Çətin həyat şəraitində olan uşaqların yerləşdirilməsi” adlı təlim keçirilib.

28 fevral 2023 | 22:08
“Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2022-ci il tarixli, 1599 nömrəli Fərmanına əsasən uşaqların dövlət uşaq müəssisələrinə yerləşdirilməsi məsələlərində yaranmış dəyişikliklərin izahı və prosesin icrası zamanı yaranan çətinliklərin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən onlayn təlim keçirilib. Təlimdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Yeganə Məmmədova və məsul katib Sona Mirzəyeva da iştirak edib.
 
 
 
 
 
 
 
 
 
Keçidlər